
İstanbulun Fatih rayonunda iki bina çöküb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əraziyə xilasedicilər, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, hazırda dağıntılar altında qaldığı deyilən 11 nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan 8 nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.
Binaların çökməsinə səbəb kimi qaz sızması nəticəsində baş verən partlayış göstərilir.


