
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraildən hücmlar nəticəsində ölkəyə dəyən ziyana görə təzminat tələb edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Əraqçi bu barədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda qeyd edib.
Hücumları beynəlxalq hüququn açıq-aşkar pozulması kimi qiymətləndirən XİN rəhbəri Şuradan dərhal tədbir görülməsini tələb edib.