
ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.
Senzor.az bildirir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi deyib.
"ABŞ-ın İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək", - deyə o əlavə edib.