
Tarixçi alim, professor Cəmil Həsənli “Routledge” nəşriyyatında (London və Nyu York) çıxan kitabının (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-ın Stanford Universitetində keçiriləcək təqdimatında iştirak edə bilməyəcək.
Senzor.az bildirir ki, bu barədə KİV-ə C.Həsənli özü məlumat verib.
“Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni stop qoyub”.
Təqdimata gedə bilməyəcəyini deyən C.Həsənlinin sözlərinə görə, mərasimə sosial media üzərindən onlayn qatılacaq.