İlham Əliyevin deokkupasiya, logistika və qoşulmama haqda... ASTANA TEZİSLƏRİ

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı sammitinin plenar iclasında Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə, Azərbaycanın logistik roluna və Qoşulmama Hərəkatında ölkənin sülhyaratma səylərinə həsr olunmuş üç tezislə çıxış edib.

 

“Turan” xatırladır ki, İ.Əliyev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz illik işğalına diqqət çəkib. 2020-ci ilin payızında qələbə ilə nəticələnən müharibə buna  son qoyub.

 

O, dünya birliyinin fəaliyyətsizliyinə və təcavüzkara qarşı seyrçi mövqe  tutmasına diqqət yetirib. Bunun Azərbaycan kəndlərinin və şəhərlərinin məhv edilməsinə, bir milyona yaxın adamın qovulmasına, minlərlə dinc vətəndaşın öldürülməsinə gətirib çıxardığını vurğulayıb.

 

"Ermənistan sistematik olaraq Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı hərbi cinayətlər törədib. Birinci Qarabağ Müharibəsindən indiyədək 3 900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda dəfn edilib. Bu il işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar etdik".

 

İ.Əliyev bildirib ki, Ermənistanın verdiyi əziyyətlərə baxmayaraq, Azərbaycan ona bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanmasını təklif edib.

 

Geniş regional kooperasiya sahəsindən danışan İ.Əliyev diqqəti infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldib. Bu layihələr Azərbaycanı böyük logistika mərkəzinə çevirməlidir. Artıq bu ilin 9 ayı ərzində yüklərin tranziti 65 faiz artıb: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfə verir. Ölkəmiz Orta dəhlizin mühüm hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".

 

Və nəhayət, o, Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatında sədrliyinin nəticələrini açıqlayıb: “Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi, onun siyasi çəkisinin və qlobal təsirinin artırılması üçün böyük səylər göstəririk. Bu məqsədlə Azərbaycan Hərəkatın institusionallaşdırılması ideyasını fəal şəkildə təbliğ edir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament şəbəkəsini və Gənclər Təşkilatını qeyd etmək lazımdır. Biz COVİD-dən sonrakı dünya ilə əlaqədar fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq üçün gələn il Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyədə görüşünün keçirilməsini təklif etdik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.