KAXOVKA FACİƏSİ - Region ikinci Çernobl fəlakəti ilə üz-üzədir
TƏHLİL

Ukraynanın Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib. Hadisədən sonra Dneprin sol sahilində yerləşən Korsunka, Krınki və Kazaçye Lageri kəndləri su altında qalıb. Həmin kəndlərin bəzilərində suyun səviyyəsi evlərin damına kimi qalxıb.

 

Nə baş verir?

 

Kaxovka su elektrik stansiyası Rusiya tərəfindən 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub. SES olduqca strateji bir obyektdir. Belə ki, Ukraynanın cənubundakı quraq rayonların enerji, su təchizatı və suvarma məsələsini, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi.   

Aydın məsələdir ki, Kaxovka su elektrik stansiyası Rusiya silahlı qüvvələri tərəfindən partladılıb. Məsələ ondadır ki, Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarından ehtiyat edir. Rəsmi Moskva Kiyevin onu qabaqlamasını və işğal edilmiş ərazilərin geri alınmasını istəmir. Buna görə də Kiyevi əməliyyatlardan yayındırmaq və diqqətini başqa istiqamətə çəkmək üçün belə bir addım atmış ola bilər.

SES bəndinin dağıdılması ciddi humanitar fəlakətə səbəb ola bilər. Belə ki, yaşayış məskənlərinin su altında qalması ilə yanaşı, Zaporoje atom elektrik stansiyasında ciddi problemlər yaranıb. Region ikinci Çernobl fəlakəti ilə üz-üzədir. 

 

Ukraynanın cavab addımı

 

Baş verən hadisə hər nə qədər Avropada son illərin ən böyük texnogen fəlakəti sayılsa da, Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatlarını dayandırmayacaq. Kiyevin daha sərt hücumlar gerçəkləşdirəcəyi və bir sıra strateji obyekləri işğaldan azad edəcəyi gözlənilir. 

 

Ukrayna regionun və dünyanın növbəti taxıl və texnogen böhran ilə üzləşmə risklərini əsas gətirib, Kremlə qarşı addımlar ata bilər.

 

Azərbaycanın mövqeyi

 

Kaxovka su elektrik stansiyasının (SES) bəndinin məhv edilməsi ən azı  Ukrayna kimi Azərbaycanı da narahat edir. Rəsmi Bakı prosesi yaxından izləyir. Məsələ ondadır ki, Azərbaycan da bənzər hadisə ilə üz-üzə qalıb və bəlkə də Ukraynanı ən yaxşı başa düşən ölkədir.  

2020-ci ildə Ermənistan Mingəçevir Su Elektrik Stansiyasını “İsgəndər-E” raketi ilə vurub dağıdacağını deyərək ölkəmizi təhdid etmişdi. Lakin xoşbəxtlikdən bu baş vermədi. Çünki Mingəçevir SES ölkənin ən strateji obyektlərindəndir və rəsmi Bakı ehtimal gərginlik anında İrəvanın buranı potensial hədəf halına gətirəcəyini yaxşı bilirdi. Buna görə də Mingəçevir, Bakı və digər şəhərlərdə yerləşən obyektlərin təhlükəsizliyi təmin edilmişdi.

 

Düzdür, dəqiq informasiya olmasa da, Azərbaycanın strateji obyektləri “Barak 8” və ya “Dəmir Qübbə” ilə qoruduğu haqda iddialar var. Məhz buna görə də Ermənistanın atdığı raketlər havadaykən məhv edildi. 

 

Bütün bunlara baxmayaraq, beynəlxalq aləm SES-lərə hücuma görə ortaya sərt mövqe qoymalı, xüsusi cəza tədbirlərini nəzərdən keçirməlidir.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.