Ərdoğan: İndi Avropanın Türkiyəyə ehtiyacı hər zamankından daha çoxdur
VİDEO

Avropa İttifaqının (Aİ) Türkiyəyə ehtiyacı Ankaranın Aİ-yə ehtiyacından daha çoxdur.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.

 

Türkiyə lideri ölkəsinin uzanan Avropa inteqrasiya prosesinə toxunaraq qeyd edib ki, “Bu gün Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq”.

 

“Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, — deyə Ərdoğan vurğulayıb.

 

Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır. “Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”, — deyə o əlavə edib.

 

R.T.Ərdoğan etiraf edib ki, 1950-ci ildən bəri Avropanın müəyyən seqmentlərində dərin kök salmış Türkiyəyə qarşı qərəzi heç vaxt aradan qaldıra bilməyiblər: “Onlar həmişə Türkiyəni kənarlaşdırmaq, qapıda gözlətmək üçün bir bəhanə tapıblar. Təəssüf ki, Türkiyəyə qarşı strateji korluq davam edir. Regional əməkdaşlığın əhəmiyyət kəsb etdiyi yeni bir dünya qurulur. Türkiyə bu yeni sistemin ən güclü ölkələrindən biridir. Avropanın Türkiyəyə olan ehtiyacı Türkiyənin Avropaya olan ehtiyacından daha böyükdür. Belə bir münasibətin qalibi Avropa qitəsi olardı. Biz millətimizin maraqlarını nəzərə alaraq yolumuza davam edəcəyik".

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.