Milli Onkologiya Mərkəzindəki partlayışda
XƏSARƏT ALAN HƏKİM DÜNYASINI DƏYİŞDİ

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial media hesablarında paylaşım edilib.

 

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

 

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partlatmışdı. Hadisə nəticəsində M.Əliyev həyatını itirmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.