
İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Çin paytaxtı Pekinə səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, müxtəlif ölkələrlə diplomatik məsləhətləşmələrin davamı olaraq İran xarici işlər naziri çinli həmkarı ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqda danışıqlar və fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, son vaxtlar İran xarici işlər naziri Pakistan, Oman və Rusiyaya səfər edib.