
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ətrafında yeni geosiyasi reallığın formalaşdığını bəyan edib.
Senzor.az bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Hörmüz boğazı ətrafında yeni reallıq tədricən möhkəmlənir. Gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi ABŞ və onun atəşkəs rejimini pozan və blokada tətbiq edən müttəfiqlərinin hərəkətləri səbəbindən təhlükə altına düşüb. Lakin onların zərərli təsiri azalacaq", - o deyib.
Qalibafın sözlərinə görə, regiondakı indiki vəziyyət ABŞ üçün əlverişli deyil.