Şuşada bütün işlər Baş plan əsasında aparılır - İLHAM ƏLİYEV
VİDEO - YENİLƏNİB

Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib.

“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

**

Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir”.

**20:40

Biz (İkinci Qarabağ müharibəsində - red.) təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik.

Senzor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

“Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.

**

Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu yaddaş silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.

**20:30

Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər”.

**20:11

İşğaldan əziyyət çəkən bir milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

"Hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq. Laçın şəhərinin timsalında deyə bilərəm ki, cəmi səkkiz ay ərzində Laçın şəhəri tamamilə yenidən quruldu və bu gün orada 700-dən çox ailə üçün şərait - həm fərdi evlər, həm çoxmənzilli evlər var. Sentyabrın 15-dək məktəb də, uşaq bağçası da, xəstəxana da hazır olacaq. Digər sosial obyektlər də inşa edilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

**20:00

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Mərkəzi Asiyadan olan dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Senzor.az xəbər verir ki, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin və Qazaxıstan tərəfindən incəsənət mərkəzinin tikilməkdə olduğunu söyləyən dövlətimizin başçısı hər ikisinin inşasının davam etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, məktəb avqustun, gənclər üçün olan incəsənət mərkəzi isə ilin sonuna qədər hazır olmalıdır. “Bunlar dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest və həmrəylik nümunəsi idi”.

**

İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Bunun müəyyən dərəcədə Azərbaycanın həmin ölkələrlə münasibətlərinin gərginləşməsinə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı deyib: “Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq”.

**19:42

Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Bununla yanaşı, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir”, - deyən dövlətimizin başçısı bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayıb. “Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda, biz buna maraqlıyıq”, - deyə Prezident diqqətə çatdırıb.

**19:29

Biz reinteqrasiya yolu ilə gedəcəyik, getməyə hazırıq. Erməni azlığının (Qarabağdakı – red.) hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında söyləyib.

Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib: “Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.

**19:22

**19:19

Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik.

Senzor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında səsləndirib.

“Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar. Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər. Dövlətimizin başçısı, həmçinin deyib: “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.

**19:03

Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. “Böyük Qayıdış” proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təxminən 7 milyard ABŞ dollarına bərabər olacaq. Bu, ancaq başlanğıcdır.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıb”, - deyə dövlət başçısı bildirib.

**

Biz (ərazilərin minalardan təmizlənməsində - red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Ermənilərin bizə qarşı terrorunun davam etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz minalardan təmizlənməmiş əraziləri təcrid etmişik və azad olunmuş ərazilərə giriş hələ də məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdacaqsa, onlar çox ehtiyatlı olmalıdırlar”.

Azərbaycan Prezidenti keçmiş məcburi köçkünlərə, həmvətənlərimizə müraciət edərək bildirib ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir.

**18:38

Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq onları Azərbaycanda istehsal etməyə başlayıb.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Hesablamalara görə, ərazilərimizdə bir milyondan artıq minanın basdırıldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.

**

Müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, azad olunmuş ərazilərdə üç yüzə yaxın mina partlayışı baş verib.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Minaların basdırılmasının müharibə cinayəti olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”.

**

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Transxəzər qaz kəməri layihəsindən danışıb.

Senzor.az xəbər verir ki, dövlətimizin başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib. Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib. “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç ildən də az əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.

**18:14

Biz iqtisadiyyatımızın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, valyuta ehtiyatımızı artırırıq, idarəetmə sistemimizi təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Vergi və gömrük orqanlarının proqnozları həyata keçirmək qabiliyyətinin kifayət qədər aydın mənzərə yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Artıq ilk dəfə deyil ki, biz büdcəyə əlavələr, artım ilə bağlı qərarlar qəbul edirik. Bunun da əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə edib. Bu, yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olub”.

**

Cənub Qaz Dəhlizi layihəsi artıq müvəffəqiyyətlə icra olunub və artıq iki ildir ki, Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji üzrə komissarının isə ölkəmizi Panavropa qaz tədarükçüsü adlandırdıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib: “Sözsüz ki, bizim Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir. Ümidvaram ki, ilin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.

**

Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.

**17:45

Şəhərlərin Baş planları təsdiq olunanda şəhərlərdə yaşamış insanların da rəyi nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsun və buna doğru da gedirik və gedəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

**

Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman - Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.

**

Minatəmizləmə prosesi (Böyük Qayıdışa – red.) ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib: “Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir”.

**

Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

**

Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

**17:17

Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə hər birimizə və bütün dünyaya”.

**

Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

“Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Təəssüf, bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

**16:49

Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır.

Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Son zamanlar Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə birillik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu, o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb”.

**16:42

Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

**16:39

Keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.

**16:36

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.

**

Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.

**16:14

Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.

Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.

**

İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

**

Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük.

Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. “Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib.

**15:59

Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir.

Senzor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional sabitliyi inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

**

Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir”, - deyə dövlətimizin başçısı bildirib.

**

Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir.

Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.

**

Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.

Senzor.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”, - deyə dövlətimizin başçısı bildirib.

**15:46

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilir.

Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

Qeyd edək ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

**14:57

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxış edəcək.

Senzor.az-ın xəbərinə görə, dövlət başçısı Forum iştirakçıları ilə görüşəcək.

Görüş telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.

**13:17

İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçiriləcək.

Senzor.az xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək.

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edəcək. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunacaq.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

Qeyd edək ki, bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

**11:28

Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumunda iştirak edəcək nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Məlumata görə, forumda iştirak edəcək nümayəndə heyəti ümumilikdə 50 ölkədən 120 media subyekti, 250-dən çox qonaqdan ibarətdir.

Forum iştirakçıları daha sonra Şuşa şəhərinə gedəcəklər.

Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.