“Müharibəyə başlayanda sən qələbə çala biləcəyini bilməlisən, elə deyilmi? Sən özündən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyinə ümid edə bilməzsən”.
Senzor.az bildirir ki, bunları ABŞ Prezidenti Donald Tramp El-Salvador lideri Nayib Bukele ilə Ağ Evin Oval Ofisində keçirdiyi mətbuat konfransında Ukrayna münaqişəsi barədə danışarkən deyib.
Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərinin verilməsi barədə də söz açıb: “O zaman Obama onlara çarpayı, Tramp isə “Javelin” verdi. Lakin bu olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərin ucbatından milyonlarla insan öldü. Bunlardan birincisi Putin, ikincisi nə etdiyini bilməyən Bayden, üçüncü isə Zelenskidir.
Mənim edə biləcəyim tək şey cəhd etmək və müharibəni dayandırmaqdır. İstədiyim yeganə şey budur. Mən qətli dayandırmaq istəyirəm. Düşünürəm ki, bu nöqteyi-nəzərdən yaxşı iş görürük. Məncə, tezliklə çox yaxşı təkliflər olacaq”.