Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib
VİDEO/FOTO

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra Rusiya Prezidenti paradı qəbul edib.

 

Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.

 

Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar - xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini də ziyarət ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.