Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.
Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.
Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.
**11:25

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.
Senzor.az bildirir ki, Rusiya və Çin liderləri arasında rəsmi görüşün artıq başladığı barədə məlumat Kremlin rəsmi sosial media hesabında yayılıb.
Xatırladaq ki, Si Cinpin Qələbə bayramını qeyd etmək üçün mayın 7-də axşam saatlarında Moskvaya səfər edib.