Sabirabadda körpü su altında qaldı - KƏNDLƏRLƏ ƏLAQƏ ÇƏTİNLƏŞİB
VİDEO

Sabirabad rayonunda panton körpünün quru hissəsi su altında qalıb, kəndlərə gediş-gəliş çətinləşib.

 

“Report”un məlumatına görə, Kür çayının rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. Nəticədə çayın Ulacalı kəndindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.

 

Aramsız yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndlərinin sakinlərinin Bakı-Qazax magistral avtomobil yolundan istifadə etmələri çətinləşib.

 

Sakinlər bildiriblər ki, kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar.

 

Gediş-gəlişin bərpa olunması üçün əraziyə texnikalar cəlb edilib, lazımi tədbirlər görülür.

 

Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.