Paşinyan Bakı ilə sülhdən danışır... - İRƏVANDA İSƏ REVANŞİSTLƏR AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARINI YANDIRIRLAR
FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, N.Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəliyinə sadiqliyini, sazişi imzalamağa hazır olduğunu vurğulayıb. 

Görüşdə regional sabitlik və sülh naminə dialoqun, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Teodor Russopulosla görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edərək, iki ölkə arasında sazişin imzalanmasının regionda sülhün bərqərar olması üçün mühüm mərhələ olacağını vurğulayıb. 

Bu gün bu bəyanatların səsləndirildiyi ilə, demək olar ki, eyni vaxtda həm də İrəvanın Respublika meydanında “erməni soyqırımı”nın 110 illiyinə həsr olunmuş “məşəl yürüşü”nə start verilib. 

Erməni vandallar ənənəvi xislətlərinə uyğun olaraq yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.