Ukraynada Macarıstanın hərbi kəşfiyyatına işləyən CASUS ŞƏBƏKƏSİ İFŞA EDİLDİ
VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Macarıstan hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

 

Senzor.az Ukrayna KİV-ə istinadən bildirir ki, bu barədə UTX bəyanat yayıb.

 

Bəyanatda Ukraynanın müdafiəsi ilə bağlı kəşfiyyat məlumatları əldə etmək üçün Macarıstan dövlətinin nəzarəti altında fəaliyyət göstərən casus şəbəkəsinin ifşa edildiyi bildirilir.

 

Xidmətin məlumatına görə, saxlanılanlar Ukrayna Silahlı Qüvvələrinin keçmiş hərbçiləridir. Onlar Macarıstan hərbi kəşfiyyatının nümayəndəsi tərəfindən ələ alınıb və gizli əlaqə üçün pul və xüsusi avadanlıq alıblar. Agentlərə Ukraynanın hava hücumundan müdafiə sistemi haqqında ətraflı məlumatı öz kuratoruna ötürmək tapşırılıb.

 

UTX-dən qeyd edilib ki, bu, ölkə tarixində Macarıstanın casus şəbəkəsinin Kiyevin maraqlarına zidd hərəkətlərə görə ifşa olunduğu ilk haldır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.