ABŞ ilə Böyük Britaniya arasında tarixi ticarət razılaşması – TRAMP İSTƏDİYİNƏ NAİL OLDU

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət razılaşması əldə etdiyini açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

 

“Güclü müttəfiqimiz Böyük Britaniya ilə tarixi ticarət razılaşması əldə etdik”, - o bildirib və vurğulayıb ki, bu, aprel ayında çoxsaylı ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etdikdən sonra ABŞ tərəfindən ilk belə razılaşmadır.

 

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, sövdələşmə Britaniya mallarına tətbiq edilən rüsumların tamamilə aradan qaldırılmasını nəzərdə tutmur.

 

“Bu sövdələşmə çərçivəsində ABŞ 10 %-lik rüsumlardan 6 milyard dollar gəlir əldə edəcək. Bundan əlavə, biz kənd təsərrüfatı istehsalçılarımız və digər malların istehsalçıları üçün yeni ticarət imkanları əldə edəcəyik. Bu, bizə 5 milyard dollar qazandıracaq”, - o izah edib.

 

Trampın sözlərinə görə, tərəflər alüminium və polad ticarəti üçün zona yaratmaq, həmçinin əczaçılıq məhsullarının tədarükü üçün təhlükəsiz sistem yaratmaq barədə razılığa gəliblər. O əlavə edib ki,  hər iki ölkənin iqtisadi təhlükəsizliyi həm də milli təhlükəsizlik məsələsidir.

 

ABŞ Prezidenti ilə telefonla əlaqə saxlayan Böyük Britaniyanın Baş naziri Kir Starmer isə sazişin detallarını açıqlamasa da, tarixi razılaşma əldə edildiyini və gələcək əməkdaşlıq üçün çox yaxşı platforma qurulduğunu deyib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.