Bizə Xankəndimiz önəmlidir... HANSISA STRA(U)SBURQ YOX! - MİR ŞAHİN AŞPA-nın MƏLUM QƏRARINA ELƏ XANKƏNDİDƏN CAVAB VERDİ
VİDEO

Xəbər verdiyimiz kimi, yanvarın 24-də axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər.

 

Xatırladaq ki, 76 deputat qətnamənin “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər isə bitərəf qalıb.

 

Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti bu qərarı ədalətli və zəruri adlandırıb. “Azərbaycan mütəmadi olaraq Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozur və dəyərlərimizə məhəl qoymur”, “Son illər Azərbaycan AŞPA-nın 14 qətnaməsində öhdəliklərini pozan kimi qeyd olunub”, “Yüzlərlə siyasi məhbus, onlarla jurnalist həbs edilib və onlardan 10-u bu yaxınlarda həbs edilib” , “Avropa Şurasının məruzəçilərinin siyasi məhbuslarla görüşlərinə buraxılmayıb” – deputatların əsas iradları bunlar olub.

 

Sonda qətnamə müəllifləri onu da vurğulayıblar ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılıb.

 

Bəs əslində nə baş verib? Avropa Şurası Parlament Assambleyası niyə belə kəskin və qərəzli sənəd qəbul edib? Bu qərəzin kökündə nə dayanır?

 

Senzor.az xəbər verir ki, REAL Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, tanınmış araşdırmaçı jurnalist Mir Şahin Ağayev də məsələyə münasibət bildirib. Özü də birbaşa noyabrın 8-də Azərbaycan Ordusunun hərbi parad keçirdiyi Xankəndi şəhər meydanından. 

 

Məşhur jurnalistin şərhinin əvvəlində dediyi sözlər göstərir ki, onun bu məkanı seçməsi heç də təsadüfi deyil: “AŞPA-nın Azərbaycan haqqında qəbul etdiyi qətnaməyə ən yaxşı cavab budur: Xankəndidə dalğalanan müzəffər Azərbaycan Bayrağı! 

 

AŞPA-ya görə də, Qərbin bütün strukturlarının qərəzli məntiqinə, istəyinə görə də bu bayraq burada durmamalıydı. Məqsəd bu idi. Biz burada olmamalıydıq. Mənim – bir Azərbaycan jurnalistinin ayağı bu torpağa, öz Vətənimizə dəyməməliydi...”.

 

Onun sözlərinə görə, bizdən məhz bunu tələb edirdilər: “Bütün bu Avroşüvənliyin səbəbi budu! Azərbaycan dövləti, onun iradəli Lideri İlham Əliyev bu alçaldıcı şərtləri, təslimçilik tələblərini rədd elədi. Biz qalib gəlməməliydik. Biz torpaq azadlığından danışanda onlar insan azadlığı kimi mütəhərrik və daha çox demaqogiyaya hesablanan mövzularla baş qatmalıydılar. Biz 20 faiz torpaq, bir milyon qaçqın ritorikasında ilişib qalmalıydıq. Azərbaycan həmişə, əbədi olaraq onun əyninə biçilmiş məğlubiyyət mühitinin içində yaşamalıydı. Hansısa Fransadan, Almaniyadan və s.-dən daim yardım diləməli, onların əlinə, dilinə baxmalıydıq. Bu idi onların əsas məqsədi. Nə insan haqları, nə etnik təmizləmə?!  Əgər ermənilər özlərini çirk, kir hesab eliyərək özlərinin könüllü gedişlərini də bu ərazilərdən təmizləmə-təmizlənmə sayırlarsa, bu bizim problem deyil. Çünki...”

 

Daha ətraflı videomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.