“Space” TV-də yeni baş direktor - AYAZ MUSTAFAYEV KİMDİR?

“Space” televiziyasına yeni baş direktor təyin edilib.

 

Manset.az xəbər verir ki, “Space” TV-nin təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. 

 

Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib.   

 

Manset.az-ın əldə etdiyi məlumata görə, yeni baş direktor Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Malta Universiteti nəzdində Aralıq dənizi Diplomatik Akademiyasında magistr təhsili alıb. Həmçinin ADA Universitetində proqram üzrə məzundur.

 

Ayaz Mustafayev əmək fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, AZTV-nin və İTV-nin London bürosunda çalışıb. Son təyinatdan əvvəl isə Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

**






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.