Zelenski iki il əvvəl barəsində sanksiya tətbiq etdiyi İrakli Kobaxidze ilə görüşdü

Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti  məlumat yayıb.

 

“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda vurğulanıb.

 

Senzor.az xatırladır ki, V.Zelenski 2024-cü ildə İrakli Kobaxidze və Gürcüstanın hakim partiyasından olan daha bir neçə şəxsə qarşı 10 illik sanksiya tətbiq olunması barədə qərar verib. 

 

Ümumiyyətlə, Kiyev və Tbilisi arasındakı münasibətlər son illərdə olduqca gərgin olaraq qalıb, qismən də hakim “Gürcü Arzusu” partiyasının Rusiya-Ukrayna müharibəsinə münasibəti və "Gürcüstanı ikinci cəbhəyə çevirmək" planları ilə bağlı davamlı ittihamlar səbəbindən. Təsəvvür edin ki, elə bu səbəbdən də Gürcüstanda təxminən dörd il -2026-cı ilin yanvarında Mixail Brodoviç bu vəzifəyə təyin olunana qədər, - Ukrayna səfiri olmayıb. Yeri gəlmişkən, "EuroPravda" qəzeti o vaxt  "Kiyev niyə səfirini dost olmayan dövlətə qaytarır" adlı məqalə də dərc etmişdi. 

 

Nəhayət, onu da qeyd edək ki, Gürcüstan və Ukrayna rəsmiləri 2021-ci ildən bəri görüşməmişdilər...

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.