
Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin Ukrayna üçün nəzərdə tutulan növbəti Avropa kreditlərində iştirak etməyəcəyini bildirib.
Bu barədə Gazeta.ru onun "Facebook" səhifəsində yayımlanan videomüraciətə istinadən məlumat verib.
Fitso xatırladıb ki, hökumət başçısı kimi Ukrayna üçün 90 milyard avroluq kreditin dəstəklənməsindən imtina edib və Slovakiyanın bu ödənişdə iştirak etməməsi üçün hüquqi addımlar atıb.