BBC: Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb

Avropa liderləri Avropa Siyasi Birliyinin sammiti üçün İrəvandadırlar. Bu sammit Rusiyanın uzun müddətdir Cənubi Qafqazda ən yaxın müttəfiqi hesab edilən Ermənistan üçün böyük simvolik əhəmiyyət kəsb edir.

 

BBC-nin Rusiya xidmətinin yayımladığı məqalədə belə deyilir.

 

Məqalədə qeyd olunub ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünə və ərazisində Rusiya hərbi bazasının mövcudluğuna baxmayaraq, bu gün 30-dan çox Avropa ölkəsinin lideri və Kanadanın baş naziri İrəvana gəliblər: “Moskva Ermənistan-Avropa İttifaqı (Aİ) yaxınlaşmasını qıcıqla izləyir. Rusiya Prezidenti Vladimir Putin Aİ-yə üzvlük istəyinin AİB-ə üzvlüklə uyğun gəlmədiyi barədə xəbərdarlıq edib. Bundan əlavə, Rusiya artıq Ermənistan mineral sularının idxalına qoyulan qadağadan tutmuş dövlət məmurları və vətəndaşlarına qarşı kütləvi kiberhücumlara qədər hibrid təhdidlərdən istifadə edir”.

 

Həmçinin BBC-yə görə, Avropa viza liberallaşdırılması və dezinformasiyaya qarşı mübarizədə dəstək vəd etsə də, Ermənistanın Aİ-yə üzvlüyünün və ya Rusiya qazının əvəzlənməsi planlarının vaxtı hələ dəqiqləşdirilməyib, bu da İrəvanın Moskva ilə Qərb arasında hələ tam balanslaşdırılmış mövqe tuta bilmədiyini göstərir.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.