
ABŞ Prezidenti Donald Tramp mayın 4-də Hörmüz boğazında “Project Freedom” (“Azadlıq layihəsi”) adlı əməliyyata başlayacaqlarını bildirib.
Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
Onun sözlərinə görə, əməliyyat bölgədə hərbi münaqişə səbəbindən boğazda qalan ticarət gəmilərinin təhlükəsiz şəkildə çıxarılmasını nəzərdə tutur.
ABŞ Prezidenti qeyd edib ki, bir çox ölkələr “Hörmüz boğazında bloklanmış” gəmilərlə bağlı narahatlıq ifadə edib. O bildirib ki, Vaşinqton həmin gəmilərin və ekipajların təhlükəsiz çıxarılması üçün bütün imkanlardan istifadə edəcək.
Tramp vurğulayıb ki, əməliyyat humanitar xarakter daşıyır və bəzi gəmilərdə ərzaq və digər zəruri ehtiyatlar tükənmək üzrədir.
O əlavə edib ki, bu prosesə hər hansı müdaxilə olacağı təqdirdə, buna güc tətbiqi ilə cavab veriləcək.