Sabit Bağırov: Ermənistandakı 26 mədən şirkətinin 12-si Qərbi Zəngəzur tərəfdə yerləşir

Bütün dünyada faydalı qazıntıların mədən hasilatı ətraf mühitə çox ciddi mənfi təsirlərlə müşayiət olunur. Bu mənada Ermənistan da istisna deyil.

 

Senzor.az bildirir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.

 

O bildirib ki, Ermənistandakı 26 mədən şirkətinin 12-si Qərbi Zəngəzur tərəfdə yerləşir, bu da ətraf mühit üçün risklər yaradır.

 

S.Bağırov qeyd edib ki, Ermənistanın BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik var ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökuməti Ermənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın 9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasının razılaşdırılmasını vacib olan ilk məsələlər sırasında təkid edəcək.

 

"Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqda ekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktiv əməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələri vacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırıla bilər", - deyə o əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.