
"Blokadanın qaldırılmasının bir komponenti artıq baş verib. Hazırda Rusiya və Qazaxıstandan çıxan yüklər ya Ermənistan sərhədini keçib, ya da Ermənistan sərhədinə yaxınlaşır. Yüklər Azərbaycan dəmir yollarından Gürcüstana keçir, daha sonra Ermənistana daxil olur".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
"Sonra başqa komponent, sonra digər komponentlər olacaq. Sonra məsələlərin həll olunacağı çərçivə Ermənistanla Azərbaycanı birləşdirən birbaşa dəmir yolu olacaq.
Hazırda intensiv müzakirələr gedir, ilk relsin nə vaxt çəkiləcəyini deyə bilmərəm, xüsusən də birinci vaqonun nə vaxt gedəcəyini deyə bilmərəm. Amma deyə bilərəm ki, biz dövlət olaraq bunun tez bir zamanda baş verməsində maraqlıyıq", - deyə XİN rəhbəri qeyd edib.