
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun diplomatik pasportu ləğv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl məlumat verib.
Onun sözlərinə görə, Dilek İmamoğlu həyat yoldaşına verilən mükafatı almaq üçün xaricə getməyə hazırlaşırmış.
“Dövlət işi-gücü buraxıb ailələrlə məşğul olmaz. Dilek İmamoğluya xəbər göndəriblər ki, diplomatik pasportu ləğv edilib”, - Özəl bildirib.
CHP lideri bu addımı İmamoğlu ailəsinə qarşı inzibati təzyiqlərin davamı kimi qiymətləndirib və qərarın qanunun aliliyinə zidd olduğunu vurğulayıb.