Ermənistan məhkəməsi Sarqsyana səfər qadağası tətbiqindən imtina etdi
YENİLƏNİB

Ermənistanın korrupsiyaya qarşı mübarizə məhkəməsi sabiq prezident Serj Sarqsyana qarşı həbs qətimkan qərarında dəyişiklik edilməsi ilə bağlı prokurorluğun vəsatətini rədd edib.

 

Senzor.az xatırladır ki, prokurorluğun vəsatətini müzakirə etmək üçün bu gün fövqəladə məhkəmə iclası təyin olunub.

 

İddia edilirdi ki, prokurorluq sabiq prezidentin Ermənistanı tərk etmək niyyətində olduğunu göstərən əməliyyat məlumatı əldə edib.

 

Məhkəmə bugünkü iclasda keçmiş Ermənistan liderinin zaminə buraxılma tələbini bir daha qüvvədə saxlayıb.

 

Sarqsyan özü isə prokurorluğun onun ölkəni tərk etmək niyyətində olması ilə bağlı yaydığı məlumatdan təəccübləndiyini bildirib: "Mən qaçan birinə oxşayıram?! Məhkəmənin mənə ölüm hökmü çıxarmaq niyyətində olduğunu bilsəm belə, bu ölkəni tərk etməyəcəyəm".

 

Qeyd edək ki, Ermənistanda S.Sarqsyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin qanunsuz mənimsənilməsi, rüşvətxorluğa köməklik göstərməklə bağlı bir neçə cinayət işi açılıb.


**12:27


Bu gün Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarqsyanın işi üzrə növbədənkənar məhkəmə iclası keçirilib və prokurorun vəsatəti əsasında üçüncü prezidentə qarşı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hakim Givi Ovannisyan bildirib ki, prokuror Tsovak Mnatsakanyan dünən axşam saatlarında Serj Sarqsyanın respublikadan kənarda qalmasının qadağan edilməsi təklifi ilə vəsatət təqdim edib.

 

Prokurorluğun məlumatına görə, onlara keçmiş prezidentin Ermənistanı tərk etməyi planlaşdıra biləcəyi barədə əməliyyat məlumatı daxil olub, buna görə də respublikadan kənarda qalmamaqla bağlı məhdudiyyətin yenidən tətbiq edilməsi üçün vəsatət təqdim edilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.