
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.
"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Daudti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!", - paylaşımda bildirilib.

