Rusiyada nüvə enerjisi ilə işləyən QANADLI RAKETLƏRİN NÖVBƏTİ NƏSLİ HAZIRLANIR
VİDEO

Rusiyada nüvə enerjisi ilə işləyən qanadlı raketlərin növbəti nəslinin hazırlanmasına başlanılıb.

 

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" və "Poseydon" raketlərinin yaradıcılarının mükafatlandırılması mərasimində elan edib.

 

Dövlət başçısı "Burevestnik"in güclü, ultrakiçik nüvə reaktorlarına diqqət çəkib.

 

"Bu cür energetik qurğu əsasında artıq yeni nəsil silahlar hazırlanır. Üstəlik, növbəti nəsil nüvə enerjisi ilə işləyən qanadlı raketlərin hazırlanmasına başlanılıb. Onların sürəti səs sürətindən üç dəfədən çox olacaq və gələcəkdə onlar hipersəsli olacaqlar", - deyə Rusiya lideri bildirib.

 

Putin həmçinin sözügedən raketlərdən ekstremal şəraitdə faydalı qazıntıların əldə olunmasında, onların elektron komponentlərindən superkompüterlər yaratmaqda istifadə edilə biləcəyini vurğulayıb.

 

"Nüvə mühərriklərinin kiçik ölçüsü, çəkisi və həcmi, eləcə də təhlükəsizliyi və etibarlılığı, Arktika şelfi də daxil olmaqla, mürəkkəb ərazilərdə enerji mənbələri yaratmaqda onların çevik istifadəsinə imkan verir. "Burevestnik" və "Poseidon"un elektron komponentlərindən isə güclü kompüterlər yaratmaq və rəqəmsal infrastruktur, idarəetmə və rabitə sistemlərini inkişaf etdirmək üçün istifadə olunacaq", - Rusiya Prezidenti əlavə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.