
Nyu-York meri seçkilərində demokratların namizədi Zohran Mamdaniyə səs verən hər bir yəhudi axmaqdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İnadkar və özünü yəhudi tiranı elan edən Zohran Mamdaniyə səs verən hər bir yəhudi axmaqdır”, - deyə ABŞ lideri özünün “Truth” sosial şəbəkəsində yazıb.
ABŞ Prezidenti Donald Tramp onu da bildirib ki, namizəd Zöhran Mamdani mer seçkilərində qalib gələrsə, Nyu-York şəhərinə federal maliyyələşdirməni dayandıra bilər.
Qeyd edək ki, hazırda Nyu-Yorkda mer seçkiləri keçirilir. Əsas mübarizə Demokratlar Partiyasından olan Zohran Mamdani ilə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının namizədi Körtis Sliva arasında gedir.
Zohran Mamdani qalib gəldiyi halda Nyu-York tarixində ilk müsəlman mer olacaq. Kuomo uzun illər Nyu-York ştatının qubernatoru kimi fəaliyyət göstərmiş təcrübəli siyasətçidir. Kuomo həm Demokrat, həm də bəzi Respublikaçı seçicilərin dəstəyini qazanmağa çalışır. Körtis Sliva isə sərt qaydaların bərpasını və polis gücünün artırılmasını təklif etsə də, sorğular onun qalib gəlmə ehtimalının aşağı olduğunu göstərir.