Gorus-Qafan yolunda yeni lövhə - “AZƏRBAYCANA DAXİL OLURSUNUZ!”

Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan yeni lövhə quraşdırıb.
 
Ermənistan KİV-ləri yazır ki, lövhədə üç dildə - Azərbaycan, rus və ingilis dillərində - “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!” sözləri yazılıb.
 
Ermənistanda isterik vəziyyət getdikcə alovlanır, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir.
 
Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, İranla Ermənistanın quru əlaqəsində marşrutların hərəkətinə Azərbaycanın nəzarəti İrəvanda təşvişi dərinləşdirir.
 
Azərbaycanın Gorus-Qafan yolunda polis postu quraşdırması, İrandan gələn avtomobillərin yoxlanılması və onların sürücülərindən gömrük rüsumunun alınmasından sonra yeni lövhə quraşdırılması da Ermənistanı seçim arasında qoyur: Ya sülh sazişinə razı olmalısan, ya da öz məhvini sürətləndirəcəksən.
 
Oxu.az-ın vurğuladığı kimi, bunlar hələ Azərbaycanın müstəsna hüququnun yumşaq gücləridir. Yəni, daha çox psixoloji təzyiq kimi dəyərləndirilə bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.