Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkildi

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) sabiq deputat Tiqran Urixanyanın rəhbərlik etdiyi mütərəqqi-mərkəzçi “Alyans” partiyasının qarşıdakı parlament seçkilərində iştirak üçün qeydiyyatını ləğv edib.

 

Senzor.az MSK mətbuat xidmətinin sosial şəbəkədə yayılan məlumatına istinadən bildirir ki, müvafiq qərar partiyanın mayın 25-də etdiyi müraciət əsasında qəbul olunub. “Alyans” partiyasının sədri Tiqran Urixanyan bir müddət əvvəl Ermənistan İctimai Televiziyasının efirində bildirmişdi ki, seçkidə 4 faiz həddini keçmək imkanı olmayan partiyalar var. Bununla belə, onların hamısı hazırkı Baş nazir Nikol Paşinyanın qələbəsi üçün lazım olan səsləri təmin etmək məqsədilə seçkiqabağı yarışda qalır.

 

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün MSK-ya 19 siyasi qüvvə - 17 partiya və 2 partiya bloku müraciət edib. Siyahıda Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası, Robert Köçəryanın “Hayastan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da yer alır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.