ABŞ İranı bombaladı - SEPAH-ın 4 ƏSGƏRİ HƏLAK OLDU

ABŞ-ın ötən gecə İrana endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı 4 əsgəri həlak olub.

 

Bu barədə İran KİV-ləri məlumat yayıb.

 

Məlumat İran hakimiyyəti tərəfindən hələlik rəsmən təsdiqlənməyib.

 

Öz növbəsində, İranın dövlət televiziyası IRIB SEPAH-ın bəyanatını yayımlayıb. Bəyanata əsasən, Korpus qüvvələri ölkənin hava məkanına daxil olan ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını məhv edib.

 

SEPAH bildirib ki, atəşkəs rejiminin pozulmasına qarşı adekvat cavab vermək hüququna malikdir.

 

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Tim Hawkins daha əvvəl açıqlamasında bildirib ki, ABŞ hərbçiləri İran qüvvələrindən gələn təhdidlərdən qorumaq üçün özünümüdafiə məqsədilə zərbələr endiriblər. Onun sözlərinə görə, zərbələr raket qurğularına və mina yerləşdirməyə çalışan İran katerlərinə yönəlib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.