Çin lideri ABŞ Prezidentinin görüş təklifini rədd edib? - BAYDEN "YALANDIR" DEYİR

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib.
 
Senzor.az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzetinə iki ölkə liderinin telefon danışığının təfərrüatları barədə məlumatlı mənbə bildirib.
 
Məlumata əsasən, C.Bayden keçən həftə liderlər arasında 90 dəqiqəlik telefon danışığı zamanı yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib və vurğulayıb ki, Vaşinqton Pekinə münasibətdə sərt tondan imtina etməlidir.
 
Qeyd edilir ki, Si Cinpinin görüşdən imtina etməsi "bir sıra ABŞ rəsmilərini Pekinin Vaşinqtonla çətin bir oyun oynamağa davam etdiyi qənaətinə gətirib çıxarıb".
 
     
Amma...
 
ABŞ Prezidenti Si Cinpinin ötən həftə baş tutan telefon danışığı zamanı onunla görüşdən imtina etməsi barədə yayılan xəbəri təkzib edib.
 
Ağ Evin mətbuat xidməti bildirib ki, C.Bayden Kolorado ştatına səfərindən sonra Vaşinqtona qayıdanda jurnalistlər Si Cinpinin onunla görüşməkdən imtina etməsi ilə bağlı məlumatları şərh etməsini istəyiblər.
 
ABŞ Prezidenti jurnalistlərin sualına cavabında bu xəbərlərin yalan olduğunu deyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.