Ermənistan parlamentində Paşinyanın təhlükəsizliyi ilə bağlı narahatlıq və... - AZƏRBAYCANIN İKİ KƏNDİ HAQDA SÖHBƏT

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb.
 
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
 
Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlardan deyil, su şüşələrindən də istifadə olunmuşdu. Görünür, sorumlular analoji insidentin təkrar oluna biləcəyindən ehtiyat ediblər. 
 

Parlamentdəki müzakirələrə gəlincə, bu gün orada hökumət üzvlərilə görüş keçirilib. Hökumət rəhbəri başda olmaqla, nazirlər deputatları maraqlandıran suallara cavab veriblər.
 
Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan çıxışı zamanı Gorus-Qafan yolunda İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması barədə sualı cavablandırarkən Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.
 
"Bu kəndlərin adlarının azərbaycanca deməyimin sadə səbəbi var. Mən bunu ona görə etdim ki, bu məsələ Ermənistan vətəndaşlarına aydın olsun: adıçəkilən kəndlər Ermənistan Respublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inziibati bölgü haqqında qanunla de-yure tanıyıb", - baş nazir bildirib.
 
Xatırladaq ki, Nikol Paşinyan Azərbaycan toponimlərindən ilk dəfə hökumətin avqustun 27-də keçirilən iclasında istifadə etmiş və demişdi: "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.