Rüfət Aslanlı özünə şirkət yaratdı - KÖHNƏ OLAYLAR UNUDULUB?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Urgula Advisory” MMC-ni dövlət qeydiyyatına alıb.

 
“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 196, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rüfət Cəbrayıl oğlu Aslanlıdır.
 
Söhbət 2018-cu ilin sonuna yaxın ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrindən gedir.
 
Senzor.az-dan xatırlatma: Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il oktyabr ayının əvvəlində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının sonrakı taleyi ilə bağlı o vaxta qədər uzanan əhvalata nöqtə qoydu. Dövlət başçısı “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayaraq qurumun yeni Nazamnaməsini təsdiq etdi. Yeni Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyəti oldu. Ondan əvvəlki Nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Beləliklə, Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı vəzifəsini itirdi...
 
Söhbət hansı əhvalatlardan gedir? Bu barədə növbəti buraxılışlarımızda...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.