
İran Prezidenti İbrahim Rəisi və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Senzor.az erməni KİV-inə istinadən bildirir ki, görüş Tacikistanda gerçəkləşib.
Məlumata görə, Paşinyan və Raisi ikitərəfli münasibətlərə toxunub, iki ölkə hökumətlərinin razılaşdırılmış fəaliyyətinin vacibliyini vurğulayıb, yükdaşımaların fasiləsiz təşkilini və Cənub Qafqazdakı vəziyyəti müzakirə ediblər.
İran Prezidenti Ermənistanın baş nazirini parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib: "Sizinlə görüşməyimə şadam. Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik etmək istəyirəm. Ümid edirəm ki, sizin səlahiyyət müddətiniz ərzində yaxşı, müsbət addımlar atılacaqdır".Qeyd edək ki, İran Prezidenti və Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək üçün Düşənbə şəhərində səfərdədirlər.