
Saat 23:45-də Azərbaycan Ordusu səhvən Azərbaycan ərazisinə keçən iki ermənini geri qaytarıb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ermənilərin qaytarılması üçün danışıqları Rusiya Federal Təhlükəsizlik Xidməti aparıb.
Qeyd edək ki. bundan öncə Gorus-Qafan yolu ilə hərəkət edən iki erməni gəncin azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilmişdi. Onları Azərbaycan Ordusunun əsgərləri saxlamışdı.
Hər iki erməninin İkinci Qarabağ savaşında iştirak etdiyi, daha sonra isə ordudan tərxis olunduğu bildirilirdi.
**14:56
Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini sentyabrın 18-i saat 21:00-da Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıb və Azərbaycanın nəzarətində olan əraziyə keçiblər.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidməti onların aşkarlanması istiqamətində müvafiq işlər görür.