
Gürcüstanda yaşayan ermənilər paytaxtın “Avlabari” metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər.
APA bildirir ki, polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üstündə kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.
Polislə aparılan danışıq cəhdi də baş tutmadığından ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.



