Nyu-Yorkda Blinken, Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və yaxınlarına səmimi başsağlığı verirəm.

 

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra deyib.

 

Blinken daha sonra qeyd edib: “Hər iki liderlə - Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.

 

Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən - davamlı sülhə aparan yol var”.

 

**00:31


Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

  

Xatırladaq ki, görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilir.

 

**16:56(19.09.2022)


ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparacaq.

 

 Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Onun sözlərinə görə, üçtərəfli formatda görüş bu gün keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.