Koçaryan İrəvanda Paşinyanın əleyhdarları ilə görüşdü – "MOSKVA" KİNOTEATRININ QIRMIZI ZALINDA
FOTO

Bir neçə gün əvvəl İrəvanda parlament binası önündə baş nazir Nikol Paşinyana qarşı aksiya təşkil edən ermənilər bu gün paytaxtda ölkənin sabiq prezidenti Robert Koçaryanla görüş keçiriblər.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Məlumata görə, görüş aksiya iştirakçılarının istəyi əsasında baş tutub və mətbuata qapalı şəkildə keçirilib. 

Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşündə yaxın vaxtlarda ölkəni böhrandan çıxarmaq üçün konkret fəaliyyət planı təqdim edəcəyinə söz verib. Bu barədə jurnalistlərə “Hayastan” blokunun deputatı Aqnes Xamoyan məlumat verib.

 

Deputat qeyd edib ki, iclas qapalı formatda keçirilib ki, iclas iştirakçıları heç bir məhdudiyyət olmadan müzakirə apara bilsinlər. Onun sözlərinə görə, ölkədəki vəziyyət və böhrandan çıxmaq üçün mümkün ssenarilər müzakirə edilib: "Görüşdə o, heç yerə getmədiyini və getmək fikrində olmadığını qeyd edib. Onun fikrincə, vəziyyəti hərtərəfli qiymətləndirmək lazımdır. Artıq bununla bağlı proqram hazırlanır, daha sonra isə vətəndaşlara tədbirlər planı təqdim olunacaq".

 

Xamoyan onu da bildirib ki, Koçaryanın yaxın vaxtlarda mətbuat konfransı keçirəcək və bu konfransda ictimaiyyəti narahat edən bütün suallar cavablandırılacaq. 

Yeri gəlmişkən, yerli media bu görüşün simvolik məna daşıdığını yazıb. Çünki Koçaryan vətəndaşları "Moskva" adlı kinoteatrın qırmızı zalına toplayıb...

 

Xatırladaq ki, ötən həftə Ermənistan parlamentinin binası önündə Nikol Paşinyana qarşı aksiyalar keçirilib. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb ediblər.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.