Rusiya Baş nazirinin müavini Azərbaycan-Ermənistan danışıqları haqda – "TƏRƏFLƏR KOMMUNİKASİYALARIN AÇILMASINA RAZIDIR”

“Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına razıdır”.
 
Senzor.az bildirir ki, bunu Rusiya Baş nazirinin müavini, Üçtərəfli komisisyanın üzvü Aleksey Overçuk Yerevanda keçirilən “Rusiya-Ermənistan biznes forumu”nda deyib.
 
A.Overçuk bildirib ki, Üçtərəfli komissiya görüşlər keçirir: “Sonuncu, sayca 7-ci görüş avqustun ortalarında Moskvada baş tutub. Bütün tərəflər iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını istəyir. Bunu necə edəcəyimiz barədə müzakirələr gedir. Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artımı üçün şərait yaradacaq”.
 

Ermənistan Baş nazirinin müavini, Üçtərəfli komisisyanın üzvü Mqer Qriqoryan da nəqliyyat kommunikasiyalarının açılmasının ölkə iqtisadiyyatına müsbət təsir göstərəciyini əlavə edib.
 
Xatırladaq ki, Rusiya və Ermənistanla birgə yaradılan Üçtərəfli komissiyanın Azərbaycandan üzvü Baş nazirin müavini Şahin Mustafayevdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.