Azərbaycanın “İti qovan” PUA-sı beynəlxalq festivalda - FOTO

Sentyabrın 21-dən etibarən İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, festivalda Azərbaycan 200 kvadratmetrlik ərazidə öz texnoloji avadanlıqlarını və hərbi texnikasını nümayiş etdirir. Ölkəmiz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən təmsil olunur. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz hava vasitələri də sərgilənir. “MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.
 
Ölkəmiz üçün ayrılmış ərazidə quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.
 
Festivalda Türkiyə tərəfindən bir çox yeniliklərlə yanaşı ilk dəfə olaraq qardaş ölkənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanan “Türk Müdafiə Sənayesi Keçmişdən Gələcəyə” başlıqlı zaman tuneli ziyarətçilərə təqdim olunur. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk Müdafiə Sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.
 
Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.




























Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.