Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başladı

Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün rusiyalı sahibkar Ruben Vardanyana "dövlət naziri" vəzifəsini tutmağı - yəni Qarabağda ikinci şəxs olmağı təklif etdiyini açıqlayıb.

 

Bu barədə Arutyunyan öz Facebook səhifəsində yazıb və əlavə edib ki, "ona qərarların qəbulu və həyata keçirilməsi üzrə geniş səlahiyyətlər verməyə hazırdır".

 

R.Vardanyan özü sentyabrda Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağ köçdüyünü bəyan edib. O bunu həmvətənlərinin İkinci Qarabağ müharibəsindən sonra düşdükləri ağır vəziyyətdən çıxmasına kömək etmək istəyi ilə izah edib.

 

Bu arada, Ermənistan mənbələri Qarabağda hakimiyyətin ötürülməsi planının hazırlandığını bildiriblər. Belə ki, Araik Arutyunyan Qarabağı tərk edib Rusiyaya köçməlidir. Buna qədər o, faktiki olaraq "Qarabağ parlamentini" əvəz edəcək və onun funksiyalarını öz üzərinə götürəcək ictimai şura yaradıb. Vardanyan bu şuranın da sədri olacaq, Arutyunyan getdikdən sonra isə onun yerini tutuacaq.

 

Bəzi analitiklərin fikrincə, Vardanyanın (1968) təyinatı Moskvanın Qarabağda münaqişənin həllini tapmaq məqsədi güdən layihəsidir. Milyarder Vardanyan Kremlin etibarlı şəxsidir və dəfələrlə Kremlin qanunsuz gəlirlərini yumaqda ittiham olunub. Bu səbəbdən o, ABŞ və Avropa İttifaqının sanksiyalar siyahısına düşüb.

 

“Forbes” Vardanyanın sərvətini 950 milyon dollar olaraq qiymətləndirib. O, "Troyka Dialoq" investisiya şirkətinin sahibi idi. 2011-ci ildə bu şirkəti 1 milyard dollara Sberbanka satıb. O, həmçinin Avtovaz (20,5%) və KamAz (27,3%) şirkətlərinin səhmlərinə malik idi, sonradan onları da yüksək qiymətə satıb.

 

4 mart 2019-cu il tarixində Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) jurnalistləri "Troyka Landromatı" araşdırmasını dərc ediblər, burada "Troyka Dialoq"un vasitəsi ilə 4,6 milyard dollar vəsaitin 76 ofşor şirkətdən ibarət şəbəkəyə köçürüldüyü deyilir. 

 

Son illər Vardanyan fərdi investor kimi işləməyə davam edirdi.

 

O, Qarabağa getməzdən əvvəl öz biznesini "ailə fonduna" keçirdiyini bildirib. Vardanyanın böyük oğlu David Qarabağda 2016-cı il aprel müharibəsinin iştirakçısıdır.(Turan) 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.