Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli görüş olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu N.Paşinyan oktyabrın 5-də hökumətin iclasında deyib.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.