Bakı Dəmiryolu Vağzalında etiraz - VİDEO

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdırlar.

 

Senzor.az-ın məlumatına görə, Bakı Dəmiryolu Vağzalında toplaşan sərnişinlər qatarda sıxlığın olmasına və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

 

Bildirilib ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər reysə tez bir vaxtda yeni qatarların buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər. 

 

Qeyd edək ki, bu gün Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb. Buna səbəb kimi sıxlığın olması göstərilib.

 

Dəmiryol vağzalında həkim olmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək xəstəyə polislər və digər sərnişinlər ilkin yardım göstəriblər.

 

Onu da qeyd edək ki, sıxlığın artmasına səbəb kimi bir müddət öncə bu istiqamətdə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi göstərilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.