Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən 70 yaşında dünyasını dəyişib.
Bildirilib ki, A.Əlizadə bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.