Putin sabah - 70 illik yubileyi günündə MDB liderləri ilə görüşəcək - QEYRİ-RƏSMİ

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, MDB dövlət başçıları yəqin ki, Vladimir Putini yubileyi münasibətilə təbrik edəcəklər: “Bir qayda olaraq, bunun üçün protokolda təbrik nəzərdə tutulmur. Və çox vaxt hədiyyələr protokollar vasitəsilə ötürülür. Təbii ki, MDB liderləri bir-birini illərdi tanıyır və insani olaraq, ad günü münasibətilə təbrik edəcəklər”.

 

Peskov həmçinin qeyd edib ki, cümə günü Prezident Putinin gərgin iş günü olacaq.

 

Xatırladaq ki, sabah - 7 oktyabr tarixi Rusiya Prezidenti Vladimir Putinin ad günüdür, onun 70 yaşı tamam olur.

 

Onu da qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.