
“Tacikistan Rusiya Federasiyasının simasında əsas strateji tərəfdaşının maraqlarına həmişə hörmətlə yanaşıb. Lakin biz həm də qarşılıqlı hörmət görmək istəyirik”.
Senzor.az bildirir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Astanada keçirilən Rusiya-Mərkəzi Asiya forumunda şəxsən Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə müraciət edərək deyib.
O, həmçinin rusiyalı həmkarını öz tərəfdaşlarına bərabər münasibət göstərməməkdə günahlandırıb və Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağı xahiş edib.